Bakıda tanınmış şirkətin maliyyə direktoru faciəvi şəkildə ölüb - FOTO

  • 21 mart, 2020 09:45
Bakıda tanınmış şirkətin maliyyə direktoru faciəvi şəkildə ölüb  - FOTO

Bakıda bədbəxt hadisə baş verib.

“MediaPost” xəbər verir ki, ötən gün Bakı şəhər sakini Elxan Abbasov özünə məxsus yarımtikilinin 3-cü mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən elə oradaca ölüb.

“MediaPost”un əldə etdiyi məlumata görə, E. Abbasov istirahət günlərində yeni tikdiyi evə çalışmaq üçün gedirmiş. Bu dəfə də çalışmağa yalnız gedən E.Abbasov 3-cü mərtəbədən yıxılaraq ölüb. Onun cəsədi yıxıldıqdan bir neçə saat sonra aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elxan Abbasov “Veyseloğlu” şirkətinin maliyyə direktoru vəzifəsində çalışırdı.

Bakıda tanınmış şirkətin maliyyə direktoru faciəvi şəkildə ölüb  - FOTO