Göygöldə gənci elektrik cərəyanı vurdu

  • 26 mart, 2020 00:00
Göygöldə gənci elektrik cərəyanı vurdu

Göygöl rayonunda yerli sakini elektrik cərəyanı vurub.

"MediaPost"un məlumatına görə, hadisə Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Asim Qurbanovu elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılıb. A.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.