Kamil Zeynallı azadlığa çıxıb

  • 22 may, 2020 19:24
Kamil Zeynallı azadlığa çıxıb

Tanınmış idmançı Kamil Zeynallı azadlığa çıxdı.

"MediaPost" xəbər verir ki, 10 sutka həbs cəzasını başa vuran Kamil Zeynallı yaxın saatlarda azadlığa buraxılıb.

O, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilib.