Haftarın nümayəndəsi Türkiyəni təhdid edib
20.01.2020 08:53 Xarici siyasət

Haftarın nümayəndəsi Türkiyəni təhdid edib

"MediaPost" xəbər verir ki, Haftarı dəstəkləyən Liviya Nümayəndələr Məclisinin sədri Akila Salih Liviyaya Türkiyə və digər xarici ölkələrin müdaxiləsinə icazə verməyəcəklərini açıqlayıb.

"Mübarizəmiz torpaqlarımız azadlığına qovuşanadək davam edəcək", – deyə Akila Salih qeyd edib.

Salih həmçinin 13 yanvarda Moskvada təşkil olunan görüşməni uğursuz adlandırlımasının tərəfdarı olmadığını açıqlayıb: "Uğursuzluğa uğrayan tərəf Rusiya deyil, Liviya Milli Razılıq Hökuməti və Türkiyədir".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm