Türkiyəli müğənni dava etdi, polisə düşdü
16.09.2020 09:15 Şou-biznes

Türkiyəli müğənni dava etdi, polisə düşdü

Müğənni Halil Sezai İstanbulun Tuzla səmtində bir nəfəri döyüb.

“MediaPost” xəbər verir ki, hadisə film çəkilişi zamanı baş verib. Sənətçi məhəllə sakinlərinin biri ilə mübahisə edib və ona zərbə endirib.

Sözügedən şəxs isə polis bölməsinə gedərək Halil Sezaidən şikayət ərizəsi yazıb. Bölmədə dindirilən müğənni ifadə verdikdən sonra oradan ayrılıb.

Pərviz Hüseyn / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm