Hamburq limanında 300 milyonluq kokain ələ keçirildi
10.08.2020 14:55 Gündəm Dünya

Hamburq limanında 300 milyonluq kokain ələ keçirildi

Almaniyada Hamburq limanında Cənubi Amerikadan gələn bir gəmidə 1.5 ton kokain ələ keçirilib.

“MediaPost” xəbər verir ki, bu barədə Hamburq Gömrük İdarəsindən məlumat verilib. Açıqlamada narkotik vasitənin dəyərinin 300 milyon avro olduğu bildirilib. 

Narkotik maddənin Qayanadan “CMA CGM Jean Gabriel” adlı gəmi ilə Hamburqa gəldiyi və Polşa üzərindən bütün Avropa ölkələrə paylanmasının planlaşdırıldığı qeyd olunub.

Xatırladaq ki, ötən il də Hamburq limanında Uruqvaydan gələn gəmidə 4.5 ton kokain tapılmışdı.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm