Haqqımızda

Gənc, intellektual və müasir düşüncəli komandadan ibarət Agentlik ən son xəbərləri, yerli və xarici gündəmlə bağlı şərhləri özünün MediaPost TV adlı müxtəlif sosial media platformalarında video formatda təqdim edir. MediaPost öz auditoriyasının xəbərləri istehlak etmə vərdişlərini və davranışlarını daima analiz etməklə, məlumatları onlara kontentin ən müasir formalarında çatdırmağı hədəfləyib. 

Fəaliyyət göstərdiyi qısa müddət ərzində mütəmadi qaydada yeniliklər edən MediaPost qarşıdakı müddətdə də daima inkişafda olacaq. Əsas məqsədi müasir media alətlərindən maksimum faydalanaraq izləyiciləri üçün yeni nəsil media platforması kimi dəyərli olmaqdır.