Hava çirklənməsi 238 000 avropalının ölümünə səbəb olub
24.11.2022 08:27 Gündəm Dünya

Hava çirklənməsi 238 000 avropalının ölümünə səbəb olub

Havanın nanozərrəciklərlə çirklənməsi 2020-ci ildə Avropa İttifaqında 238 000 nəfərin ölümünə səbəb olub.

Bu statistikanı Avropa Ətraf mühit Agentliyi yayıb.

Agentlik bildirir ki, ÜST-nin müəyyən etdiyi normadan artıq olan nanozərrəciklər 238 000 avropalının vaxtından əvvəl ölümünə səbəb olub. 2019-cu illə müqayisədə ekoloji vəziyyətin pis olmasına görə ölənlərin sayı 231 000 nəfər olub. 2005-ci illə müqayisədə ekoloji problemlərə görə həyatını vaxtından əvvəl itirənlərin sayı 45% azalıb. 1990-cı ildə isə Aİ-nin 1 milyon vəyəndaşı nanozərrəciklərin normadan artıq olmasına görə dünyasını dəyişib

Xəbərlər departamenti

Gündəm