Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
Bu gün ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşa bilər.
MediaPost xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mayın 27-də dağlıq və dağətəyi rayonlarda qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının ayrı-ayrı hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.