Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilər təxliyyə edilir
01.12.2019 13:37 Gündəm

Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilər təxliyyə edilir

SOCAR-dan Mediapost.az-a verilən məlumata görə, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin - işçilərinin təxliyyəsinə başlayıb.

Bu gün səhər başlayan təxliyyə tədbirləri axşam saatlarına qədər davam edəcək. Açıq bəndlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Həyat şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.

Xəbərlər departamenti

Gündəm