"HB Güvən Klinika"da səhv diaqnoz Qarabağ əlilinin ölümünə səbəb oldu - İDDİA - <span>FOTOLAR</span>
03.08.2020 12:03 Gündəm Cəmiyyət

"HB Güvən Klinika"da səhv diaqnoz Qarabağ əlilinin ölümünə səbəb oldu - İDDİA - FOTOLAR

“HB Güvən Klinika”sı vətəndaşın ölümünə səbəb olub. 

“MediaPost” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə dünyasını dəyişən şəxsin oğlu Zamiq Məmmədli məlumat verib. 

O bildirib ki, ondan müalicə üçün həm külli miqdarda pul alıblar, həm də yanlış diqnoz qoyaraq atasının ölümünə səbəb olublar:

"HB Güvən Klinikası"nə qətiyyən getməyin! Doktor Vasif İsmayılın tövsiyyəsi ilə halsız vəziyyətdə olan atamı həmin klinikaya apardıq. Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər. 2700 manat pul ödəməyimi istədilər, ödədim. 15 iyunda "sətəlcəm" deyə guya "müalicə" edib daha da ağırlaşdırdılar. Dedik, bəlkə onkomarkerlər də verilsin? Dedilər yox lazım deyil... "HB Güvən"də yazılan ağır dərmanlar (təxmini 20o manat həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yaraları deşib, qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi. "HB Güvən Klinikası"nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil. 20 iyunda atamı "HB Güvən Klinikası"ndan çıxardıq. Xəstəxanadan çıxanda onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkoloji Mərkəzə apararaq, müəyyən etdik".

Şikayətçi qeyd edib ki, 26 iyunda atası dünyasını dəyişib:

"Atam 1-ci qrup Qarabağ əlili idi. "HB Güvən"dən heç olmasa, üzürxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi, ya da dedilər ki, get hara istiyirsən şikayət et. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Ora xəstəxana deyil, qəssabxanadır!

Həmin klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər, sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb, damarını deşik-deşik etmişdilər. Guya natrium-xlorid sistemi qoşaraq ödədiyim depoziti silməklə məşğul olublar... Mən soruşdum ki, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı. Sonra özümüz xərçəngdən şübhələnib atamı Onkologiyaya apardıq. Məlum oldu ki, atamda ağırlaşmış onurğa-mədə xərçəngi var. "HB Güvən Klinikası" isə pul qazanmaq üçün atama "sətəlcəm" deyib, 1 həftə boyunca pul yemək üçün sadəcə işgəncə veriblər...

Atamı 15-20 iyun arası yəni 1 həftə "HB Güvən Klinikası"na yerləşdirdik. İlk və son çıxış vaxtının vəziyyətinə baxın.

Vəziyyəti o qədər ağırlaşdı ki, 26 iyulda ağrılar içində vəfat etdi. Atam bəlkə də bir neçə il və ya bir neçə ay yaşayacaqdı, amma "HB Güvən Klinikası" deyilən qəssabxanada pula görə səhv diaqnozlarla həyatını daha da qısaltdılar...."

Məsələ ilə bağlı xəstəxananın baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. 

img
img
img
img

Xəbərlər şöbəsi

Gündəm