"Heç kim Rusiyaya qarşı mənim qədər sərt olmamışdı” - Tramp
08.08.2020 08:13 Gündəm Dünya

"Heç kim Rusiyaya qarşı mənim qədər sərt olmamışdı” - Tramp

“Məncə, mən Rusiyanın Oval ofisdə (ABŞ prezidentinin iş otağı) görmək istədiyi sonuncu adamam”. 

“MediaPost” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Çinin ölkəsindəki prezident seçkilərinə müdaxilə cəhdlərindən danışarkən deyib. 

“Çünki heç kim Rusiyaya qarşı mənim qədər sərt olmamışdı”, - deyə o söyləyib.

Tramp bu 3 ölkənin onu hakimiyyətdə görmək istəmədiyini vurğulayıb: “Çin də Trampın yuxulayan Co Baydenə uduzduğu bir seçki görərsə, çox sevinər. Bayden prezident seçilsəydi, Çin bizim ölkəmizə yiyələnərdi. Yenə prezident seçilsəm, İran və Şimali Koreya ilə sürətli razılaşmalar imzalayacağam”.

ABŞ prezidenti hər 3 ölkənin seçkilərə müdaxilə cəhdləri ilə bağlı iddialarla yaxından maraqlanacağını bildirib.

Billurə Yunus / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm