“Hər addımımı xəbər etdiniz, ancaq məni dəstəkləmədiniz”
23.02.2021 17:15 Şou-biznes

“Hər addımımı xəbər etdiniz, ancaq məni dəstəkləmədiniz”

26 fevralda bütün dünyada yayımlanması planlaşdırılan ingilis dilindəki mahnısı “Retrograde”in həyəcanını yaşayan Aleyna Tilki media nümayəndələrindən küsüb.

“MediaPost” xəbər verir ki, ifaçı jurnalistlərin onu yetərincə dəstəkləmədiyini bildirib. Aleyna bu barədə sosial media hesabında yazıb:

“Qarşınıza kiçik yaşlarımda çıxdım. Nə qədər işlədiyimi də hamınız bilirsiniz. Yaşımın az olmasına rəğmən Amerikada uzun müddət tək qalıb, uşaqlığımı işimə fəda etməyimə dəydi.

 

Artıq 26 fevralda ölkəmi dünyada təmsil etmək üçün böyük bir addım atıram. Attığım hər addım hər yerdə xəbərə çevirilərkən bu gün dünyada çıxan mahnımı dəstəkləmədiniz.

Ancaq mən sizdən bəzən küssəm də, sizi həqiqətən sevdim, soyuq havada da, çətin zamanlarda da əlimdən gəldiyi qədər həmişə ürəkdən vaxt ayırdım. Hər işə dərin hörmət bəslədiyim kimi, sizə də hörmət etdim. Sizin də məni nə qədər sevdiyinizi, mənə nə qədər inandığınızı bilirəm. Əl çəkin ürəyi qaralmış insanları dinləməkdən...

 

Bu gün məni dəstəkləmək artıq sadəcə öz qəlbinizlə qərar verəcəyiniz bir şey olsun”.

Pərviz Hüseyn

Gündəm