Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilib
17.01.2020 08:10 Hərbi

Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilib

Müdafiə Nazirliyindən "MediaPost"a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda protokol imzalanıb.


Xəbərlər departamenti

Gündəm