Azərbaycan Ordusunun təlimlərində qoşunlar gecə vaxtı tapşırıqları icra ediblər - VİDEO

  • 21 may, 2020 17:28
Azərbaycan Ordusunun təlimlərində qoşunlar gecə vaxtı tapşırıqları icra ediblər - VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir.

Bu barədə "MediaPost"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlər çərçivəsində qoşunların əməliyyat təyinatı rayonlarında gecə vaxtı yerdəyişməsi icra olunub.

Qoşunlar qarşıya qoyulmuş təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.