"Hərəkatın hazırkı sədri Azərbaycanla sıx təmasdayıq" - Zaxarova
13.11.2020 16:26 Dünya Siyasət

"Hərəkatın hazırkı sədri Azərbaycanla sıx təmasdayıq" - Zaxarova

"Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusu alması ehtimalı ilə əlaqədar olaraq, bu məsələ ilə bağlı hərəkatın hazırkı sədri Azərbaycanla sıx təmasdayıq".

"MediaPost" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.

Zaxarova qeyd edib ki, son illərdə Rusiya ilə Qoşulmama Hərəkatına üzv ölkələr arasında çox sıx qarşılıqlı əlaqə yaranıb: "Buna Rusiyanın və hərəkata üzv dövlətlərin beynəlxalq gündəmdəki əksər mövzulardakı ortaq möqve nümayiş etdirmələri kömək edir. Bunun fonunda Rusiyanın təşkilatdakı statusunun yüksəldilməsi məntiqli bir təşəbbüs kimi görünür".

Anara Mikail

Gündəm