Həsən Ruhani: “ABŞ bu il İrana 93 sanksya tətbiq edib”
19.12.2019 11:28 Xarici siyasət

Həsən Ruhani: “ABŞ bu il İrana 93 sanksya tətbiq edib”

“Report” TASS-a istinadən xəbər verir ki, bunu dekabrın 19-da İran prezidenti Həsən Ruhani bildirib.

O deyib ki, İran artıq 40 ildir ABŞ-ın sanksiyaları altındadır: “İndi isə amerikalılar İslam Respublikasını iflic etmək və dağıtmağa cəhd etmək məqsədi ilə ən ağır məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər”.

H.Ruhaninin sözlərinə görə, İran neftdən asılılığı aradan qaldırmaq üçün islahatlar aparır, parlamentə dövlət büdcəsi layihəsi təqdim olunub.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi sonuncu dəfə dekabrın 11-də İrana sanksiya tətbiq edib.

Xəbərlər departamenti

Gündəm