Həsən Ruhani: "Ən çətin günlərimizi yaşayırıq"
12.11.2019 12:58 Siyasət

Həsən Ruhani: "Ən çətin günlərimizi yaşayırıq"

Mediapost.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkəsinin məsul şəxsləri ilə birgə keçirdiyi iclas zamanı söyləyib.

O, neft satışı və büdcə gəlirləri ilə bağlı danışarkən qeyd edib ki, qapıları bağlamaq yox, açmaq hünərdir:

"İrana 2012-2013-cü illərdə sanksiyalar tətbiq olunandan sonra neft satışımız 1 milyon dollara düşdü. Ancaq nüvə sazişinin ardınca 2 milyon 800 min barelə çatdı. İqtisadiyyatdan anlamayanlar "neft satmasaq da, bu, önəmli deyil. Qapısına kilit vurarıq sonra yenə satarıq. Dağ-mədən və əkinçilik işlərini də dayandıra bilərik, yenidən başlayarıq" deyə bilərlər. Amma qapıları bağlamaq yox, açmaq hünərdir".


Xəbərlər departamenti

Gündəm