Həsən Ruhani: “Qırmızı xətti keçməyəcəyik”
11.12.2019 15:38 Siyasət

Həsən Ruhani: “Qırmızı xətti keçməyəcəyik”

Mediapost.az “Reuters”a istinadən xəbər verir ki, bu barədə İranın “ISNA” Agentliyi Ruhanidən sitat gətirib:

"Hökumət danışıqlar da daxil olmaqla Amerikanın sanksiyalarını müxtəlif yollarla dəf etməklə düşməni məğlub etmək əzmindədir. Ancaq qırmızı xətti keçməyəcəyik."

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ölkəsini İranla 2015-ci ildə imzalanmış altılıq ölkələrinin nüvə sazişindən çıxardıqdan və rəsmi Tehrana qarşı neftə əsaslanan İran iqtisadiyyatını çökdürmək gücündə olan sanksiyaları bərpa etdikdən sonra Tehran və Vaşinqton arasında gərginlik artmışdı. İslam Respublikası Tramp administrasiyası ilə yeni bir razılaşma danışıqlarını rədd edərək, danışıqların yalnız Vaşinqtonun nüvə sazişinə qayıtması və sanksiyaların ləğv edilməsi halında mümkün olduğunu vurğulamışdı.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm