Heydər Əliyev Fondu aztəminatlı ailələrə yardım edib
15.04.2020 16:19 İqtisadiyyat

Heydər Əliyev Fondu aztəminatlı ailələrə yardım edib

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyasına başlayıb.

"MediaPost" xəbər verir ki, aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Aprelin 14-də “Abşeron Kristal” MMC və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həyata keçirilən aksiya çərçivəsində Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Goranboy, Tərtər və Ağdam rayonlarında yaşayan aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət 1 000-dən çox sovqat paylayıb.

Layihə karantin rejimi müddətində bütün regionlar üzrə davam edəcək.

Xəbərlər departamenti

Gündəm