Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırılıb
07.02.2023 23:01 Xarici siyasət

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırılıb

Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının Dövlət bayrağının rəngində işıqlandırılıb.

MediaPost xəbər verir ki, Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcək.

Xəbərlər departamenti

Gündəm