Hikmət Hacıyev: Dualarımız qardaş Türkiyə ilə birlikdədir
30.10.2020 23:47 Xarici siyasət

Hikmət Hacıyev: Dualarımız qardaş Türkiyə ilə birlikdədir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.

"MediaPost" xəbər verir ki, paylaşımda deyilir: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir. Zəlzələdə həyatını itirənlərə Uca Allahdan rəhmət diləyirik. Başın sağ olsun Türkiyə! Keçmiş olsun”.

Xəbərlər departamenti

Gündəm