Hikmət Hacıyev: "Tərtər artilleriya və raketlərlə vurulur"
26.10.2020 18:52 Qarabağ Azərbaycandır

Hikmət Hacıyev: "Tərtər artilleriya və raketlərlə vurulur"

"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur". 

"MediaPost"un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb. 

O qeyd edib ki, artilleriya və raketlərdən istifadə olunur: "Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır".

Rahim Tarıverdiyev

Gündəm