Hikmət Hacıyevdən Gövhər ağa məscidi ilə bağlı - <span>AÇIQLAMA</span>
03.11.2020 15:42 Xarici siyasət

Hikmət Hacıyevdən Gövhər ağa məscidi ilə bağlı - AÇIQLAMA

“Ermənistan Respulikası tərəfindən Gövhər ağa məscidinə guya zərər vurulması barədə məlumatlar verilir”.

"MediaPost" xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, bu, Ermənistanın münaqişəyə dini don geyindirilməsi siyasətidir:

“Bir daha da bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsində hər hansı bir dini komponent yoxdur. Münaqişənin tarixi inkişaf tendensiyası da bunu bariz şəkildə göstərir və bu münaqişə sırf ərazi münaqişəsidir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bu münaqişənin səbəbidir.

Gövhər ağa məscidi Azərbaycan Respublikasının, xalqımızın Şuşa şəhərindəki tarixi abidəsidir və bizim üçün çox dəyərlidir”.

Billurə Yunus

Gündəm