Hindistanda COVID-19 xəstələrinin müalicə aldığı hoteldə yanğın: 11 ölü
10.08.2020 11:10 Gündəm Dünya

Hindistanda COVID-19 xəstələrinin müalicə aldığı hoteldə yanğın: 11 ölü

Hindistanda bədbəxt hadisə baş verib.

“MediaPost” xəbər verir ki, ölkənin cənubundakı Andra Pradeş əyalətində koronavirus xəstələrinin müalicə olunduğu “Swarna Palace" adlı hoteldə yanğın çıxıb. Hadisə nəticəsində 11 nəfər həyatını itirib. Verilən məlumata görə, 22 xəstə başqa xəstəxanaya təxliyə edilib.

Rəsmilər nəzarət altına alınan yanğına eletkrik qovşağında meydana gələn qısa qapanmanın səbəb ola biləcəyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Anara Mikayılova

 

Xəbərlər şöbəsi

Gündəm