Hindistanda spirtli dezinfeksiyaedici içən 10 nəfər öldü
04.08.2020 14:57 Gündəm Dünya

Hindistanda spirtli dezinfeksiyaedici içən 10 nəfər öldü

Hindistanda inanılmaz hadisə qeydə alınıb.

“MediaPost” xəbər verir ki, Andre Pradeş əyalətindəki bir kənddə içki satan mağazaların bağlanması səbəbi ilə spirtli dezinfeksiyaedici içən 10 nəfər həyatını itirib.

Polis rəsmisi Siddarth Kauşal ölənlərin dezinfeksiyaedicini su ilə qarışdıraraq içdiklərini söyləyib. O, “ölümlərə dezinfeksiyaedicinin və ya başqa bir zəhərli maddənin yol açdığı araşdırılır” deyərək nümunələrin kimyəvi yoxlanışa göndərildiyini bildirib.

 

 

Xəbərlər şöbəsi

Gündəm