Hirkandakı yanğınla bağlı rəsmi AÇIQLAMA
14.01.2021 21:52 Cəmiyyət

Hirkandakı yanğınla bağlı rəsmi AÇIQLAMA

Bu gün axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən"MediaPost"a verilən məlumata görə, hadisə yerinə Milli Parkın,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. 

Bildirilib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb: “Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.

Xəbərlər şöbəsi

Gündəm