Hollandiyada sığınacaq mərkəzinin rədd cavabı 14 yaşlı uşağın ölümünə səbəb oldu
04.08.2020 15:45 Gündəm Dünya

Hollandiyada sığınacaq mərkəzinin rədd cavabı 14 yaşlı uşağın ölümünə səbəb oldu

Hollandiyada 14 yaşlı suriyalı Əli Qezavi ailəsinin sığınacaq müraciətinin rədd edilməsi səbəbi ilə intihar edib.

“MediaPost” xəbər verir ki, o, “Ter Apel” adlı sığınacaq mərkəzində özünü asıb. Hollandiya mühacir qəbul mərkəzi qurumu (COA) mətbuat katibi Eduard Ernst hadisə ilə bağlı verdiyi açıqlamada “Əli hələ çox gənc idi. Bu baş verməməliydi” - deyə qeyd edib.

Verilən məlumata görə, müharibə səbəbi ilə 9 il öncə anası, atası və 5 bacı-qardaşı ilə birlikdə Daraa şəhərindən qaçan 14 yaşlı Əlinin məqsədi kardioloq olmaq olub və o, məqsədinə çatmaq üçün 5 ayrı dil öyrənib. 

Yardım təşkilatları isə suriyalı ailəyə sığınacaq icazəsi verilməsi üçün Hollandiya İmmiqrasiya və Vətəndaşlıq Xidməti (IND) nəzdində təşəbbüs irəli sürdü.

 

 

Xəbərlər şöbəsi

Gündəm