Süni intellektlə yazılan ssenarilər - Gələcəyin işsiz aktyorları
08.08.2023 18:48 Mədəniyyət

Süni intellektlə yazılan ssenarilər - Gələcəyin işsiz aktyorları

Ssenaristlik, yaradıcılıq sənəti ən qədim dövrlərdən bəri varlığını sürdürür. Ssenaristlərin əsas işi kino sahəsində yaradılan yeni filmlərin çəkilməsi üçün ssenariləri yazmaqdır.
Lakin son günlərdə filmin əsas qayəsini təşkil edən ssenari yazarları aldıqları qonararlardan şikayətçidir. Bu ssenaristlər “Hollywood”un ən böyük studiyalarında işləyən film istehsalçılarıdır. Həmçinin, “Hollywood”un məşhur aktyorları da film çəkiliş proseslərini dayandıraraq onlara dəstək olublar. Belə ki, Kinoaktyorlar Gildiyasının və Amerika Televiziya və Radio Artistlərinin Birləşmiş Həmkarlar İttifaqı kinostudiyalar və striminq şirkətləri ilə əməkhaqqı danışıqlarının nəticəsiz qalmasından sonra Hollivud aktyorlarının tətilini elan edib.

Bu etirazlar əvvəlki dövlərdə də mövcud olubmu və etirazların sonu necə nəticələnə bilər?

Kino tənqidçisi Sevda Sultanova mövzu ilə bağlı "MediaPost"a açıqlamasında qeyd edib ki, etiraz aksiyalarında əsas tələblər ikinci planda oynayan aktyorların, həmçinin ssenaristlərin qonorarlarının artırılmasıdır:

alt text
“Hollywood”da kino ictimaiyyətinin etirazları ilk belə hadisə deyil. Son etiraz aksiyalarında əsas tələblər ikinci planda oynayan aktyorların, həmçinin ssenaristlərin qonorarlarının artırılmasıdır. Çünki, bugün “Hollywood”dakı iri studiyalar ssenarinin yazılması prosesində süni intelleketdən istifadə edir və bu zaman ssenaristlər daha çox robotun yazdığı materiala düzəliş edən redaktor funksiyasını daşıyaraq az qonorar alır. Ümumiyyətlə, süni intellekt kino sənayesində müəyyən funksiyaları yerinə yetirir: montaj, rənglənmə, aktyorların gəncləşdirlməsi, kadrda artıq detalların yox edilməsi, qrafika, xüsusi effektlər və s. Amma əlbəttə ki, o, canlı insanın yaradıcı potensialından, geniş düşüncə qabiliyyətindən məhrumdur. Süni zəkanın işi daha çox prodüser filmlərinin çəkilişində keçərli ola bilər, amma o da tam olaraq deyil. Onların bu etirazlarına “Hollywood”un məşhur aktyorları da qoşulub. Bu həmrəyliyin səbəblərindən biri də budur ki, süni intellektin aktyorları əvəzləmək potensialı da yoxlanılır, bu da işsziliyin artması deməkdir. Amma əksəriyyət kimi mən də əminəm ki, süni zəka insan ağlını əvəz edə bilməz və o bir nöqtədə dalana dirənəcək”.

Fidan Ramazan

Gündəm