Honkonqda kütləvi etirazlar fonunda yeni polis rəhbəri təyin olunub
19.11.2019 07:14 Gündəm

Honkonqda kütləvi etirazlar fonunda yeni polis rəhbəri təyin olunub

Çin hökuməti kütləvi etiraz aksiyaları fonunda xüsusi inzibati bölgə olan Honkonqda polis rəhbərinin dəyişdirilməsi ilə bağlı qərar verib.

APA xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Bildirilir ki, belə bir təklif Honkonq administrasiyasının rəhbəri Kerri Lam tərəfindən irəli sürülüb.

Honkonq şəhər polisinə rəhbər kimi Den Bintsyan təyin olunub. O bu vəzifədə Lu Veytsunu əvəz edəcək.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm