Honq Konq tədqiqatçıları koronavirusla bağlı Çini ifşa etdilər
25.04.2020 21:32 Dünya

Honq Konq tədqiqatçıları koronavirusla bağlı Çini ifşa etdilər

Çində koronavirusa yoluxanların sayı, açıqlanan rəsmi statistik rəqəmlərdən 4 dəfə çox ola bilər.

“MediaPost” “Haber7.com”a istinadən xəbər verir ki, bu barədə məlumatı Honq Konq tədqiqatçıları apardıqları araşdırmaya əsasən açıqlayıblar. Tədqiqatçılar bildiriblər ki, COVID -19-un Çində ilk dəfə yayılmasından sonra, 232 mindən çox insan həyatını itirib.

Amma rəsmi məlumatlarda bu rəqəm 4632 nəfər göstərilib. Virusun ilk günündə COVID -19-a yoluxanların sayı isə rəsmi rəqəmlərdə 82816 nəfər olaraq qeyd edilib.

Bu açıqlama ilə yanaşı Honq Konq rəhbərliyi insanlara gigiyena qaydalarına riayət etməyi, sosial məsafəni qorumağı və lazımsız səyahətlərdən çəkinməyi tövsiyə edib.

Xəbərlər departamenti

Gündəm