Hulusi Akar britaniyalı həmkarı ilə danışıb
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə Böyük Britaniyanın Müdafiə naziri Ben Volles arasında telefon danışığı olub.
"MediaPost" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Danışıq zamanı nazirlər arasında ikitərəfli və regional müdafiə və təhlükəsizlik, həmçinin müdafiə sənayesində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.