Hulusi Akar və Sergey Şoyqu Suriyanın şimalındakı vəziyyəti müzakirə edib
24.11.2022 17:14 Gündəm Siyasət

Hulusi Akar və Sergey Şoyqu Suriyanın şimalındakı vəziyyəti müzakirə edib

Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akarla Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu noyabrın 24-də telefon danışığı zamanı Suriyanın şimalındakı vəziyyəti müzakirə edib.

MediaPost  xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Nazirlər Ukraynanın dəniz limanlarından taxıl və gübrənin daşınması üzrə “Qara dəniz təşəbbüsü”nün də reallaşmasına dair fikir mübadiləsi aparıblar.

Xəbərlər departamenti

Gündəm