“Hüsnünün oğlu” özündən 9 yaş böyük aktrisayla eşq yaşayır
04.11.2020 11:26 Şou-biznes

“Hüsnünün oğlu” özündən 9 yaş böyük aktrisayla eşq yaşayır

“Arka sokaklar” serialında Tekin Çoban obrazını canlandıran aktyor Onur bay özündən 9 yaş böyük həmkarı Dilara Aksüyeklə eşq yaşayır.

“MediaPost” xəbər verir ki, cütlük ötən gün getdikləri restoranda səmimi şəkildə görüntülənib.

Sonuncu dəfə “İstanbullu gelin” serialında rol alan 33 yaşlı aktrisa 24 yaşlı sevgilisiylə romantik anlar yaşayıb. Cütlük məkandan çıxandan sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, D.Aksüyek bundan öncə Ceyhun Mengiroğlu ilə eşq yaşayıb. Onlar 5 ay öncə ayrılıblar.

Pərviz Hüseyn

Gündəm