“Huysuz Virjin”in mirası onlara qaldı
16.10.2020 15:33 Şou-biznes

“Huysuz Virjin”in mirası onlara qaldı

“Huysuz Virjin” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Seyfi Dursunoğlu iyulda vəfat etmişdi.

“MediaPost” xəbər verir ki, 87 yaşında həyatını itirən sənətçinin vəsiyyəti açıqlanıb.

O, Çağdaş Yaşamı Dəstəkləmə Fonduna Üsküdür ərazisindəki evini və bank hesabında yer alan bütün maddi qazancını miras qoyub. S.Dursunoğlu evində yer alan şəxsi əşyalarını isə qohumu Güliz Buyrukbilənə vəsiyyət edib.

Bundan başqa, köməkçisi Ümit Yazıcıya “Land Rover” markalı maşını miras qoyan aktyor səhnə geyimlərinin və aksessuarlarının isə mühafizə edilib sərgilənməsi üçün Türker İnanoğlu Fonduna verilməsini istəyib.

Vəsiyyətə etiraz olunmasa, Dursunoğlunun maddi varlığı 24 dekabrda varislər arasında bölüşdürüləcək.

 

Pərviz Hüseyn

Gündəm