I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı
10.08.2020 15:28 Gündəm Təhsil

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin keçiriləcəyi vaxt bəlli olub.

“MediaPost” xəbər verir ki, imtahanların növbəti mərhələsi 20-21 avqust tarixlərində baş tutacaq.

20-21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki, həmçinin “İmtahana buraxılış vərəqəsi” imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Qeyd olunan tarixlərdə II və III ixtisas qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

Xəbərlər şöbəsi

Gündəm