İbayev tapança ilə saxlanıldı
21.09.2020 13:05 Kriminal

İbayev tapança ilə saxlanıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş S.İbayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən "MediaPost"a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 51 qramdan artıq metamfetamin götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Aruz kəndi ərazisində gizlətdiyi “Ekol ES 66” markalı qaz tapançası və 139 ədəd patron da aşkar edilərək götürülüb.

Xəbərlər departamenti

Gündəm