İbrahim Kalın qələbə münasibətilə Azərbaycanı təbrik edib
10.11.2020 16:31 Dünya Qarabağ Azərbaycandır

İbrahim Kalın qələbə münasibətilə Azərbaycanı təbrik edib

"Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq".

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Azərbaycan, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi əməliyyatların bitməsi barədə imzalanan razılaşmaya dair açıqlamasında bildirib.

"Qarabağ artıq azaddır. Qarabağ Azərbaycandır. Türkiyə bundan sonra da həm bölgədə, həm də danışıqlar masasında Azərbaycanın yanında olacaq", - deyə Kalın qeyd edib.

Anara Mikail

Gündəm