İcra başçısı xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
23.12.2019 09:29 Gündəm

İcra başçısı xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA

Mediapost.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, icra başçısı Taleh Qaraşov hazırda iş başındadır: “Bəzi saytlarda və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi ilə bağlı yalan və əsassız xəbərlər dərc edilib. Taleh Qaraşov öz iş fəaliyətini normal şəkildə davam etdirir, heç bir xəstəlikdən də əziyyət çəkmir. Bu məlumat yalnız ictimaiyyətdə və oxucularda çaşqınlıq yaratmaqdan başqa bir şey deyil. Odur ki, dəqiqləşdirlmədən icra başçısı haqqında böhtan xarakterli xəbərləri dərc edən saytlar dərhal təkzib verməli və xəbər yazarkən diqqətli olmadırlar”.

Xəbərlər departamenti

Gündəm