İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
15.09.2020 11:09 Maliyyə

İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib

Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Şirvan şəhərinin abadlaşdırılması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

“MediaPost” xəbər verir ki, tenderin qalibi "Delta-İnşaat" MMC olub. Qalib şirkətə 284 min 604,74 AZN ödəniləcək. 

Həmçinin, bundan əvvəl Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin şəhərin abadlaşdırılması xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderinin qalibi "Next-Təchizat" MMC olub. Hər iki tender üzrə şirkətə birlikdə 539 min 812,7 manat ödənilib.

Qeyd edək ki, "Delta-İnşaat" MMC və "Next-Təchizat" MMC-lər 2012-ci ildə yaradılıb və qanuni təmsilçiləri Əlimurad İbrəhimov Nuralı oğludur. Hər iki şirkətin nizamnamə kapitalı 50 manat, hüquqi ünvanları Şirvan şəhəri, M. Rəsulzadə küçəsi, ev 14-dür.

Könül Vəliyeva

Gündəm