İcra Hakimiyyətinin binası yaxınlığında güclü yanğın - VİDEO
08.02.2020 19:15 Hadisə

İcra Hakimiyyətinin binası yaxınlığında güclü yanğın - VİDEO

Neftçalada dördmərtəbəli yaşayış bınasında baş verən yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

***20:15

"MediaPost" xəbər verir ki, hadisə Neftçala Rayon İcra Hakimiyyəti binasının yaxınlığında yerləşən yaşayış binasında baş verib.

Hazırda şiddətli yanğının davam etdiyi bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Ətrafdakı yerli sakinlər binada yaşayan insanlara kömək etməyə çalışır.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələri cəlb olunub.


Xəbərlər departamenti

Gündəm