İcra hakimiyyətinin sabiq əməkdaşı həbs edilib
28.12.2019 12:41 Hadisə

İcra hakimiyyətinin sabiq əməkdaşı həbs edilib

"MediaPost"un APA-ya istinadən məlumatına görə, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilir ki, adı çəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə külli miqdarda pul alıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərlər departamenti

Gündəm