İcra nümayəndəliyinin qarşısında kütləvi dava: Ölən və yaralılar var - <span>VİDEO</span>
12.08.2020 08:21 Gündəm Kriminal

İcra nümayəndəliyinin qarşısında kütləvi dava: Ölən və yaralılar var - VİDEO

Bərdədə kütləvi dava baş verib.

“MediaPost”un məlumatına görə, hadisə rayonun Şorəlli kəndinin icra nümayəndəliyin qarşısında qeydə alınıb.

İnsident nəticəsində rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Camalov ölüb, Bağırov Rauf, Əzizov Nicat  və Abbasov Adıgözəl isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı şəxslərin vəziyyətləri ağırdır.

Mənsur Camalovu öldürənin Rəşad adlı şəxs olduğu bildirilir. 

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. 

Əcəmi Əsədulla

Xəbərlər şöbəsi

Gündəm