İdmançımız nüfuzlu turnirin qalibi olub
31.12.2019 13:00 İdman

İdmançımız nüfuzlu turnirin qalibi olub

AZƏRTAC xəbər verir ki, Yaponiyada turnirin final mərhələsi çərçivəsində həmyerlimiz Tofiq Musayev və braziliyalı Patrik Freire üz-üzə gəlib.

Hakimlərin yetkin qərarına əsasən Tofiq Musayev hər üç raundda rəqibindən üstün olub. Beləliklə, Tofiq “Rizin Gran Prix 2019” turnirinin qalibi elan edilib.

Qeyd edək ki, həmyerlimiz bundan əvvəl oktyabrın 12-də Yaponiyada avstraliyalı rəqibi Damien Braunla qarşılaşıb və cəmi altı dəqiqəyə ona qalib gəlib. Daha sonra amerikalı Conni Keys ilə qarşılaşan idmançımız rəqibinə vaxtından əvvəl qalib gəlib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm