İdris İsayev: "Ali təhsil müəssisələri innovasiyaların yaradıcısı olmalıdır"
25.12.2019 10:22 Təhsil

İdris İsayev: "Ali təhsil müəssisələri innovasiyaların yaradıcısı olmalıdır"

"Report" xəbər verir ki, bu fikirləri Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, strateji yol xəritələrində də təhsil müəssisələrinin innovasiya xarakterli fəaliyyəti dəstəklənib: "Düzdür, bizim ali təhsil müəssisələrimizin müəyyən bir qismində biznes-inkubator, texnologiyalar üzrə baza resurs kimi mərkəzlər var, bəzi start-up layihələri dəstəklənir. Amma bu, kifayət qədər deyil".

Nazir müavini bildirib ki, Azərbaycanda ali təhsil müəssisələri elmi-tədqiqat fəaliyyətinə diqqət yetirməlidirlər: "Onlar bu fəaliyyəti kommersiyalaşdırmalıdırlar. Son 25-30 ildə cəmiyyətin sürətli inkişafı ilə əlaqədar bir çox ölkələr innovasiya və təhsilə xüsusi diqqət yetirir, bu sahəyə investisiya yatırırlar. Son on ildə belə ölkələrdə əsas fondlara yönəldilən investisiyanın artım sürəti 2,2 faiz təşkil edirsə, təhsil və innovasiyalara yönəldilən investisiyanın artım sürəti 3,4 faizdir".

Mediapost.az

Xəbərlər departamenti

Gündəm