İki ermənini məğlub edən Azərbaycan güləşçisi Avropa Çempionu oldu
11.02.2020 19:51 İdman

İki ermənini məğlub edən Azərbaycan güləşçisi Avropa Çempionu oldu

Apasport.az saytının məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan final görüşündə macarıstanlı Zotlan Levayı məğlub edib.

O, 3:1 hesabı ilə qalib gəlib.

Süleymanov həlledici qarşılaşmayadək erməni əsilli Bolqarıstan təmsilçisi Aik Mnatsakanyandan, italiyalı Matteo Maffetsolidən, yunanıstanlı Georgios Prevolarakisdən və ermənistanlı Karapet Çalyandan üstün olub.

Qeyd edək ki, Sənan Süleymanovdan öncə Eldəniz Əzizli də fəxri kürsüyə yüksəlib. 55 kq çəkidə yarışan Avropa və dünya çempionumuz bürünc medala sahib olub. O, üçüncü yer uğurda görüşdə italiyalı Covanni Frenini vaxtından əvvəl məğlub edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm