İki güləşçimiz erməni idmançılarını məğlub edib
14.02.2020 15:35 İdman

İki güləşçimiz erməni idmançılarını məğlub edib

"MediaPost" xəbər verir ki, əvvəlcə Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatının ilk mərhələsində Ermənistan idmançısıyla üz-üzə gəlib. Prinsipial qarşılaşmada 8:0 geri düşən təmsilçimiz əzmkarlıq nümayiş etdirərək geridönüşlə yadda qalıb.

İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş medalçısı yarışa inamlı qələbəylə start verib (15:8). Həmyerlimiz daha sonra Belarus təmsilçisindən güclü olub. Ukrayna güləşçisini də sıradan çıxaran Ağahüseyn yarımfinala adlayıb.

İki güləşçimiz erməni idmançılarını məğlub edib

Digər təmsilçimiz Cəbrayıl Həsənov ötən analoji yarışda olduğu kimi, yenə ilk görüşdə Nika Kentçadzeni sınağa çəkib. Buxarestdə olduğu kimi, Romada da millimizin kapitanı ilə 23 yaşadək güləşçilərin dünya çempionu arasında qarşılaşma gərgin mübarizə şəraitində keçib. Son dəqiqəyə kimi 3 qat Avropa çempionumuz hesabda 0:3 geridə olsa da, xarakter göstərərək qələbəni təmin edib. Həsənovun növbəti görüşü də asan keçməyib. Cəbrayıl Rumıniya güləşçisiylə mübarizədə xalların keyfiyyətinə görə mərhələ adlayan tərəf olub. Daha sonra Ermənistan güləşçisinə gücünü göstərən Həsənov yarımfinala vəsiqə qazanıb.

Nurməhəmməd Hacıyev startda Macarıstan pəhləvanını yolundan kənarlaşdırıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm