İki gün öncə avtomobilin vurduğu şəxs xəstəxanada ölüb
16.04.2020 11:07 Hadisə

İki gün öncə avtomobilin vurduğu şəxs xəstəxanada ölüb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "MediaPost"a verilən məlumata görə, aprelin 14-də Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qubadlı rayon sakini Abbas Məmmədov vurulub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini H.Həsənov saxlanılıb.

A.Məmmədov xəstəxanada ölüb.

Xəbərlər departamenti

Gündəm