İki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb
04.10.2020 10:03 Hadisə

İki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb

Goranboyda iki minik avtomobili toqquşub.

"MediaPost" xəbər verir ki, hadisə  Zeyvə-Səfikürd  avtomobil yolunda baş verib.

Qəza nəticəsində aralarında yeniyetmələr və 2016-cı il təvəllüdlü azyaşlı olmaqla, 11 nəfər Zeyvə kənd sakini xəsarət alıb. Onlardan . 1984-cü il təvəllüdlü Rzayeva Təhminə Vəli qızı və 1960-cı il təvəllüd Aslanova Ramiyə Nəzir qızına rayon xəstəxanasında lazımı tibbi yardım göstərilib, 2 nəfər rayon xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. APA

Xəbərlər departamenti

Gündəm