İki rayonda zəlzələ olub
"MediaPost" Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, fevralın 16-da Lənkaran stansiyasından 11 km qərbdə Lerik rayonunda maqnitudası 3,5 olan zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 21:51-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.
Bundan əlavə, yeraltı təkanlar yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb.
Zəlzələ 3,9 maqnitudada qeydə alınıb və zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.
"MediaPost"